Rüfət Aslanlı: “Beynəlxalq Bank bu il özəlləşdirilməyəcək“

Rüfət Aslanlı: “Beynəlxalq Bank bu il özəlləşdirilməyəcək“ backend

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) özəlləşdirilməsi bu il baş tutmayacaq.

Qaziler.az “Report”a istinadən xəbər verir ki, bunu “Reuters” agentliyinə müsahibəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktor Şurasının sədri Rüfət Aslanlı deyib.
Onun sözlərinə görə, hökumət ABB-nin problemlərinin əksər hissəsini həll edib, amma onun özəlləşdirilməsi vaxt tələb edir: “Bu il özəlləşdirmə real deyil”.
ABB-nin özəlləşdirilməsi məqsədi ilə onun problemli aktivləri “Aqrarkredit” – bank olmayan kredit təşkilatı (BOKT) QSC-yə ötürülüb. Bundan sonra BOKT ABB-nin səhmlərinin 27,26%-nə sahib olub.
Diaspora