Nigar Yaqubluyla Seymur Həzinin nikahı baş tutdu

Nigar Yaqubluyla Seymur Həzinin nikahı baş tutdu backend

Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu hazırda həbsdə olan AXCP üzvü Seymur Həzi ilə rəsmi nikaha daxil olub. Ölkə.Az-ın məlumatına görə, nikah mərasimi təxminən bir saat öncə 17 saylı cəzaçəkmə müəssisəsində baş tutub.

Xatırladaq ki, Seymur Həzi 2015-ci ilin yanvarında 5 il müddətinə azadlıqdan məhrum edilib. Gənc siyasətçi Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunur.




Diaspora