Braziliya məhkəməsi “Facebook“un hesabındakı 11,7 mln. dollara həbs qoydu

Braziliya məhkəməsi “Facebook“un hesabındakı 11,7 mln. dollara həbs qoydu backend

Braziliya məhkəməsi "Facebook"un hesabındakı 11,7 mln. dollar həbs qoydu Braziliya Federal Məhkəməsi "WhatsApp" messencerinin də sahibi olan "Facebook" şirkətinin hesabındakı 11,7 mln. dollar vəsaitə həbs qoyub.


İKT.lent.az-ın UOL-a istinadən xəbərinə görə, buna səbəb messencer təmsilçilərinin hüquq-mühafizə orqanlarına istifadəçilərin yazışmalarını izləmək icazəsini verməməsidir.

Qeyd edək ki, ötən ay Braziliyanın Londriana şəhər məhkəməsi "Facebook"un hesabındakı 6 mln. dolları bloklayıb.

Braziliya məhkəmələri dəfələrlə yerli mobil operatorlara "WhatsApp"ın ölkə ərazisindəki fəaliyyətini məhdudlaşdırmaq barədə göstəriş verib.
Diaspora