"Petkim Petrokimya Holding A. Ş." bu ilin II rübündə əldə edəcəyi mənfəətlə bağlı proqnozunu açıqlayıb.
"APA-Economics" xəbər verir ki, şirkət II rübdə 154,5 mln. lirə (80,2 mln. manat) məbləğində mənfəət eldə etmək niyyətindir.Qeyd edək ki, şirkət I rübü 149 mln. lirə (79,9 mln. manat) məbləğində mənfəətlə başa vurub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,35 dəfə çoxdur.
Beləliklə, şirkət cari ilin I yarısını 303,5 mln. lirəlik mənfəətlə yekunlaşdıra bilər.
Əlavə edək ki, "Petkim Petrokimya Holding A. Ş." SOCAR-ın Türkiyədəki iri aktivlərindən biridir.