Goranboy rayonunda yol tikintisinə 2,2 milyon manat ayrıldı - SƏRƏNCAM

Goranboy rayonunda yol tikintisinə 2,2 milyon manat ayrıldı - SƏRƏNCAM backend

Azərbaycan Prezidenti İlham Əliyev Goranboy rayonunun Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, otuz beş min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,2 milyon manat ayrılır.

Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətə nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılır.
Diaspora