Türkiyənin iki generalı Dubayda tutuldu

Türkiyənin iki generalı Dubayda tutuldu backend

Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən iki türk general BƏƏ-nin Dubay şəhərində tutulub.

"Report"un verdiyi məlumata görə, tutulanlar Türkiyənin Əfqanıstandakı silahlı qüvvələrin komandanı, general Cahit Bəkir və Kabildəki Tədris və yardım şöbəsinin rəisi, general Şener Topuçdur.

Məlumata görə, generallar Türkiyədə baş verən dövlət çevrilişi cəhdindən sonra Dubayda gizlənmək qərarına gəliblər. Onlar artıq Türkiyəyə gətirilib.
Diaspora