Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,10 dollar artaraq 43,23 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,19 dollar artaraq 44,91 dollar olub.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti isə 0,47 dollar və yaxud 1,01% ucuzlaşıb. Virtualaz.org xəbər verir ki, beləliklə, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 46,20 dollara bərabər olub.Azərbaycan nefti 1% ucuzlaşdı

