Şimali İraqın Kərkük vilayətində gündəlik 130 min barrel neft çıxarılıb təbii qazdan ayrılaraq yenidən yerin altına qaytarılır.
Qaziler.az-ın Xəzər Xəbər-ə istinadən məlumatına görə, dörd aydan çoxdur ki, İraq hökuməti Kərkük neftinin bir hissəsinin ixracını dayandırmasına baxmayaraq bölgədə neft hasilatı davam edir.Kərkük Bölgə Məclisinin enerji və neft komissiyasının rəhbəri Əhməd Əsgəri “Baba Gurgur” və “Gebaze” yataqlarından gündəlik 130 min barrel neft hasil edilib təbii qazdan ayrıldıqdan son neftin yenidən yerin altına qaytarıldığını deyib. Təbii qaza olan tələbatı ödəmək üçün bu əməliyyatı etməyə məcbur olduqlarını deyən Ə.Əsgəri bunun neft quyularına zərər verdiyini bildirib.