Qənirə Paşayeva Yaponiyanın qadın təşkilatlarının rəhbərləri ilə görüşüb

Qənirə Paşayeva Yaponiyanın qadın təşkilatlarının rəhbərləri ilə görüşüb backend

Millət vəkili Qənirə Paşayeva Yaponiyanın QHT, KİV və qadın təşkilatları rəhbərləri ilə görüşüb. Lent.az-ın məlumatına görə, millət vəkili görüşdə Qarabağ problemi, Azərbaycanla bağlı geniş məlumatlar verib, ölkəmizin tarixi, keçdiyi yol, əldə etdiyi uğurlar, iqtisadi və turizm potensialı barədə danışıb. Q.Paşayeva bildirib ki, Azərbaycanla Yaponiya arasında kifayət qədər uzunmüddətli diplomatik münasibətlər mövcuddur və toplumlarımızın qarşılıqlı olaraq bir-birilərini daha da yaxşı tanıması, əməkdaşlığın daha da genişlənməsi çox vacibdir və bu istiqamətdə QHT və KİV-lərin, qadın təşkilatlarının da üzərinə böyük bir missiya düşür.


Millət vəkil yaponiyalı qonaqlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün, Xocalı Soyqırımı ilə də bağlı geniş məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq dünyada beynəlxalq hüquq və ədalətin yanında olan ölkə və xalqlar Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da yüksəltməlidir.

Yaponiyalı qadınlar ölkəmizi yaxından tanımaqdan məmnun olacaqlarını, Azərbaycan QHT və KİV-ləri, qadın təşkilatları ilə əlaqələrin və əməkdaşlığın genişlənməsindən məmnuniyyət duyacaqlarını deyiblər. Millət vəkili Yaponiyanın KİV nümayəndələrini Azərbaycan-Yaponiya münasibətləri, Azərbaycanın iqtisadi, turizm potensialı, Qarabağ problemi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı geniş müsahibələr də verib.
Diaspora