İran təhlükəsizlik qüvvələri ölkənin şərq rayonlarında terror qruplaşmasının 40 üzvünü həbs edib.
Trend-ın IRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın daxili işlər naziri Əbdülrza Rəhmani-Fazli deyib.Onun sözlərinə görə, şübhəlilər son iki gündə həbs ediliblər.
Nazir xüsusi əməliyyatın təfərrüatlarını açıqlamayıb.