Binəli Yıldırım: “ABŞ Fətullah Güləni verməsə, düşmənimiz olacaq“

Binəli Yıldırım: “ABŞ Fətullah Güləni verməsə, düşmənimiz olacaq“ backend

Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-ın bu ölkədə mühacirətdə yaşayan nurçu şəbəkəsinin lideri Fətullah Güləni təcili olaraq Türkiyəyə təhvil verməli olduğunu deyib. APA TV-nin "Reuters"ə istinadən xəbərinə görə, baş nazir bildirib ki, əgər bu baş verməzsə, Türkiyə ABŞ ilə münasibətlərini yenidən nəzərdən keçirəcək.

Rəsmi Ankara son günlər F.Gülənin ölkəsinə ekstradisiyası ilə bağlı Vaşinqtona təzyiqləri artırıb.

Hökumət başçısı isə bir qədər də irəli gedərək, Fətullah Gülənə sığınacaq verən ölkəni Türkiyənin düşməni adlandırıb.

Qeyd edək ki, rəsmi Ankara Türkiyədə baş verənlərə görə birbaşa Fətullah Güləni ittiham edir.


Diaspora