Yerevanda üsyançılara qarşı hücum hazırlanır

Yerevanda üsyançılara qarşı hücum hazırlanır backend

Yerevanda zəbt edilmiş polis idarəsinin ərazisinə Ermənistan DTX-nin başçısı Georgi Kutoyan və polis rəisi Vova Qasparyan gəliblər. Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, bir müddət sonra DTX başçısı hadisə yerini tərk edib. Ərazi mühasirəyə alınıb və oraya jurnalistlər buraxılmır.

Eyni zamanda, qonşu Xorenatsi küçəsində polis üç gənci saxlayıb. Onlar əllərində “Başqa çıxış yoxdur” yazılmış plakat tutublarmış.

Silahlı dəstənin üzvlərindən biri Varujan Avetisyan jurnalistlərin Ermənistan DTX-nin onları terrorçu adlandırması ilə bağlı sualına cavab verib.

“DTX cinayətkar rejimə xidmət edən əsas təşkilatlardan biridir. Təbii ki, DTX üçün biz terrorçuyuq. Ümumilikdə, tiranlığa qarşı çıxan, onun üçün təhlükə törədən və onu devirməyə çalışan hər kəs bu cür adlandırılır. Amma xalq tirana qalib gələndən sonra bizim qarşımıza Çauşesku, Yanukoviç və Qəzzafi çıxır... Bunu DTX və ya “Baqramyan, 26” (prezident aparatı) üçün sərfəli bir şey kimi nəzərdən keçirmək lazım deyil. Bu səthi və səhv yanaşmadır”, - o deyib.

* * *13:56

Jirayr Səfilyan Ermənistan prezidenti Serj Sarkisyanla görüşməyə hazırdır.

Virtualaz.org xəbər verir ki, bunu həbsdə olan Jirayr Səfilyanla görüşdən sonra ASALA terror təşkilatının keçmiş üzvü, “Təsis parlamenti”nin üzvü Alik Yeniqomşyan deyib.

Eyni zamanda, “Arabo” dəstəsinin komandiri, general Manvel Yegiazaryan Ermənistan hakimiyyətinə xəbərdarlıq edib ki, ələ keçirilmiş polis binasına hücum edilməsin.

“Hakimiyyət uşaqları hücumla ələ keçirmək istəsə, bu xalqın böyük qəzəbinə səbəb olacaq”, - o deyib.
Diaspora