Türkiyənin İncirlik hərbi hava bazasından havaya qalxan koalisiya təyyarələri Suriyadakı İŞİD terror təşkilatının mövqelərinə zərbələr endirib.
AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk tvitter səhifəsində məlumat yayıb.Bildirilib ki, Türkiyə tərəfi ilə danışıqlardan sonra koalisiya təyyarələri İncirlik hərbi hava bazasından uçuşlara başlayıb.
Qeyd edək ki, hərbi çevrilişə cəhddən sonra Türkiyə İncirlik hərbi hava bazasını bağlamışdı.