Türkiyədə hərbi çevrilişi təşkil edən şəxsin kimliyinin bəlli olduğu iddia edilib. QAZİLER.AZ "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyədə hərbi çevrilişi bir müddət öncə vəzifədən çıxarılan Baş Qərargahın müşaviri polkovnik Məhərrəm Kösenin təşkil etdiyi bildirilib.
Məlumata görə, bu iddianı hərbi qaynaqlar irəli sürüb.Son məlumata görə, hərbi çevrilişə cəhd edənlərin bir qismi artıq saxlanılıb.
QAZİLER.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, Məhərrəm Köse ilə birlikdə polkovnik Oğuz Akkuş, minbaşı Erkan Ağın, Doğal Uysal hərbi çevrilişə cəhd edənlər arasındadır.