Hakerlər Polşa hökumətindən 50 min dollar pul tələb edir. İKT.lent.az-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, onlar hökuməti Polşa Müdafiə Nazirliyinin guya sındırdıqları bazası haqda məlumatları yaymaqla şantaj edirlər.
"Ya 50 min dollar ödəyəcəksiniz, ya da Müdafiə NAzirliyinin şəbəkəsindən məlumatları dərc edəcəyik" - deyə hakerlərin açıqlamasında bildirilir.
Artıq ilk materiallar internetdə yerləşdirilib.