80 can almış yük maşınında silah və qumbaralar tapıldı

80 can almış yük maşınında silah və qumbaralar tapıldı backend

Fransanın Nitsa şəhərində “Bastiliya qalasının alınması” milli bayram günü izdihama çırpılan yük maşınını idarə edən sürücüsünün hərəkətləri qabaqcadan düşünülmüş olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu bölgə rəhbəri Kristian Estrozi deyib.

Onun sözlərinə görə, hücumda istifadə olunan yük maşınında silah və qumbaralar aşkarlanıb.

Məmur həmçinin əlavə edib ki, şahidlərin və polisin məlumatına görə, sürücü insanlara atəş açıb, avtomobilin kabinəsində silah və çoxlu sayda əl qumbarası aşkarlanıb.

Son məlumata görə, hücum nəticəsində azı 80 nəfər ölüb, 120 nəfər xəsarət alıb.

Diaspora