Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda PKK-dan qaçan 6 təşkilat üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.
Axar.az Türkiyə Sialhlı Qüvvələrinin rəsmi saytına istinadən xəbər verir ki, Şırnakın Uludərə rayonunda aparılan əməliyyat zamanı 4 ov tüfəngi, 4 radio, 1 durbin, 4 saxta avtomobil nömrəsi, 3 min 500 litr qaçaq mazut, 322 paket qaçaq siqaret və 2 ədəd kustar üsulla hazırlanmış partlayıcı aşkar edilib.