BVF: Neftin qiyməti 2020-ci ilə qədər 75 dollara yüksələ bilər

BVF: Neftin qiyməti 2020-ci ilə qədər 75 dollara yüksələ bilər backend

Neftin barelinin qiyməti 2020-ci ilə qədər 75 dollara yüksələ bilər.

Qaziler.az "Report"a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) açıqlama verib.
Fonddan bildirilib ki, "qara qızıl"ın qiymətinin yüksəlməsi üçün zəruri şərt OPEC - neft ixrac edən ölkələr təşkilatı üzvlərinin hasilatı gündəlik 7 mln. barel azaltmasıdır. BVF-nin hesablamalarına görə, belə olan halda OPEC-in dünya neft bazarında payı 42%-dən 35%-ə azala bilər.
Fonddan həmçinin OPEC-in 2014-cü ildən etibarən fəaliyyətini araşdıraraq bildiriblər ki, bazar payının qorunması və şist neft hasilatçılarının sıxışdırılb bazardan çıxarılması strategiyasını həyata keçirən kartel, neft bazarında sabitliyə nail olmayacaq.
BVF hesabatında vurğulayıb ki, OPEC-in hazırki hasilat həcmini sabit saxlaması halında 2020-ci ilə qədər neftin qiyməti 58 dollar/bareli keçməyəcək.
Xatırladaq ki, "Brent" markalı neftin barelinin qiyməti hazırda 47 dollara bərabərdir.
Diaspora