Dünən Bakı-Şamaxı magistralının Qobustandan keçən hissəsində baş vermiş yol qəzasında ölən şəxslərin sayı 4-ə çatıb. Lent.az-ın məlumatına görə, "BMW" markalı minik avtomobilinin yük maşınına çırpılması nəticəsində ağır yaralanan 1983-cü il təvəllüdlü Quliyeva Ülkər Cahangir qızı xəstəxanada vəfat edib.
Qeyd edək ki, hadisə nəticəsində minik avtomobilində olan Ü.Quliyevanın daha 3 yaxın qohumu vəfat etmişdi.Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.