Prezident İlham Əliyev “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 64 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Dəyişikliklərə əsasən, fərmanın 2-ci hissəsi aşağıdakı redaksiyada verilir:“2. Müəyyən edilsin ki:
2.1. “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.15-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 2.0.15-ci maddəsində “qurum” dedikdə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur.”.
2. 3-cü hissədə “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin".
Dövlət başçısı “Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23 noyabr tarixli 599 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə də fərman imzalayıb.
Bu fərmana əsasən 2001-ci il 23 noyabr tarixli fərmanda aşağıdakı dəyişikliklər edilir:
1. 3-cü hissədə “dövlət nəzarətini” sözləri “nəzarəti” sözü ilə, “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin.
2. 7-ci hissədə “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin.
Prezident İlham Əliyev, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Dəyişikliyə əsasən, fərmanın 2.18-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.19-cu bənd əlavə edilir:
“2.19. həmin Qanunun 53-1.5-ci və 53-1.7-ci maddələrində nəzərdə tutulmuş maliyyə bazarına nəzarət orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirir.”.