Gürcüstanda erməni ailəni qətlə yetirən də erməni imiş...

Gürcüstanda erməni ailəni qətlə yetirən də erməni imiş... backend

Gürcüstanda öldürülən erməni ailəsinin qətlinin bəzi təfərrüatları məlum olub.

Novosti Armeniya-nın verdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinərək saxlanılan özü də ermənidir. Onun 24 yaşı var. Şübhəli şəxs evlidir və ailəsi ilə birlikdə həmin kənddə yaşayır.

Qətlin təfərrüatları barədə Gürcüstan parlamentinin deputatı Qenzel Mkoyan məlumat verib. O deyib ki, evə zorlama və oğurluq etmək üçün giriblər: “Qız oyanıb və qışqırıb. Evə daxil olan şəxs isə əvvəl qızı, daha sonra isə oğlanı öldürüb. Sonra qazı açıb, qapı və pəncərələri bağlayıb. İçəridə qalanlar qazdan zəhərlənərək boğulub”.

Oğru ev sahiblərinin müqaviməti ilə üzləşdiyi üçün onları öldürüb. Saxlanılan şəxs iki mobil telefon da oğurlayıb, lakin sonradan onlardan birini sındırıb.

* * *13:31

Gürcüstanın Cavaxetiya bölgəsinin Axalkalaki rayonunda erməni ailəsi qətlə yetirilib.

ANS PRESS-in Gürcüstan mətbuatına istinadla verdiyi məlumata görə, naməlum şəxs və ya şəxslər erməni ailənin bütün üzvlərini qətlə yetirib.

Hadisə nəticəsində ana - 37 yaşı Ofeliya Kaçatyani ilə yanaşı onun 5, 16 və 18 yaşlı uşaqları öldürülüb.

Hadisənin səbəbləri məlum deyil. Amma ilkin ehtimala görə, ana və böyük qız küt alətlə öldürülüb. Digər iki uşağı isə boğaraq öldürüblər.

Kriminalistlər hadisə yerində araşdırmaları davam etdirirlər.

Məlumata görə, ailənin başçısı Rusiyada yaşayır. O hadisə zamanı evdə olmayıb. Faktla bağlı cinayət işi açılsa da Gürcüstanın Daxili İşlər Nazirliyi rəsmi məlumat yaymayıb.
Diaspora