Türkiyə - Rusiyanın daha üç şərt yerinə yetirməyə borcludur - Andrey Manoylo

Türkiyə - Rusiyanın daha üç şərt yerinə yetirməyə borcludur - Andrey Manoylo backend

Türkiyə ilə Rusiya arasında buzlar əriməyə başlayıb. Artıq, Rusiya prezidenti Vladimir Putin iki dövlət arasında münasibətlərin yaxşılaşması üçün bir-neçə qadağanın aradan qaldırılması ilə bağlı tapşırıq da verib.

QAZİLER.AZ xəbər verib ki, politoloq Andrey Monoylo “Eurasia Diary”ə açıqlamasında normallaşan Rusiya-Türkiyə münasibətlərini şərh edib:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vurulan rus bombardmançı təyyarəsinə görə üzr istəməsilə rəsmi Moskvanın təkidlə irəli sürdüyü ilk tələbini yerinə yetirmiş oldu. Bununla rəsmi Ankara demək olar ki, yaşanan hadisələrdə öz səhvini etiraf etmiş oldu. Əslində, üzürxahlıq daha çox hadisələrin nəticələrinə görə təəssüf xarakteri daşıdı. Rusiya tərəfi isə, üzürxahlığı qəbul etdi. Ardınca isə Rusiya prezidenti Vladimir Putinlə Ərdoğan arasında telefon danışığı baş tutdu. Üstəlik Moskvanın təşəbbüsü ilə...

Danışıqlar zamanı müzakirənin əsas məqsədi münasibətlərin normallaşdırılmasına dair atılacaq növbəti addımlar olub. Yəni -

1) Pilotun ölümünə görə “günahkar”ın müəyyənləşdirilməsi

2) Türkiyədəki radikal islamçıların düşərgələrininməhv edilməsi ( Politoloq iddia edir - red. )

3) Suriya-Türkiyə sərhədlərinin bağlanılması

Rəsmi Ankara bütün bu şərtləri icra etdiyi təqdirdə həqiqətən münasibətlərin normallaşması mümkün olacaq. Rusiya hesab edir ki, Rusiya-Türkiyə münasibətlərinin normallaşması mərhələli qaydada nizamlanacaq: Atılan hər bir əhəmiyyətli addıma müvafiq sanksiya aradan qaldıracaq.

Andrey V. Manoylo - Rusiyalı politoloq, Fizika-riyaziyyat elmləri namizədi, siyasi elmlər doktoru, MV Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, Rusiya Təhlükəsizlik Şurasının nəzdində Elmi Şuranın üzvüdür.
Diaspora