Xarici KİV-də "Kinder" məhsullarında mineral yağların qoxulu karbohidrogenlərinin aşkarlandığı barədə məlumatlar yer alıb.
Qaziler.az RBK agentliyinə istinadən xəbər verir ki, "Kinder" məhsullarında təhlükəli maddələri istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan "Foodwatch" ictimai birlik üzə çıxarıb. Təşkilatın apardığı sınaqların nəticələrinə əsasən, "Kinder" şokolad məhsullarında təhlükəli maddələrin olduğu aşkarlanıb. Təhlükəli maddələr "Ferrero" istehsalı olan "Kinder Riegel" şokolad batonlarında, "Lindt" istehsalı olan "Fioretto Nougat Minis" konfetlərində və "Rübezahl" istehsalı olan "Sun Rice Classic Schoko Happen" şokoladlarında üzə çıxıb.