Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Qaziler.az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi iyul ayının 5-i ilə müqayisədə 0,2% artaraq 1,5456 manat təşkil edib.Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası manata nisbətən 0,17% zəifləyərək 1,7131 manat olub.
Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən dəyişməyərək 0,0241 manat səviyyəsində qalıb.
Türkiyə lirəsi manata nisbətən ucuzlaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,66% zəifləyərək 0,5266 manata enib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0010 manatdır. Beləliklə, funt sterlinq manata qarşı 2,07%-lik ucuzlaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi isə 0,23% azalaraq 0,6605 manata düşüb.