Gürcüstandan idxal olunan meyvələr geri qaytarıldı

Gürcüstandan idxal olunan  meyvələr geri qaytarıldı backend

İyulun 5-də Gürcüstandan Azərbaycana daxil olan 9,2 ton nektarin və şaftalı məhsulundan götürülən nümunələr Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin-Ekspertiza Mərkəzinin laboratoriyalarında yoxlanılıb.

Qaziler.az bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ekspertiza nəticəsində məhsulda karantin tətbiq edilən zərərli orqanizmlərdən Kaliforniya qalxanlı yastıcası (Quadraspidiotus perniciosus Comstock) aşkar edilib.

Kaliforniya qalxanlı yastıcası polifaq karantin obyekti olub, armud, ərik, şaftalı, gilas, albalı, gavalı, badam, heyva, zoğal, naringi və s. kimi, ümumilikdə 270-ə yaxın bitki növü ilə qidalanır.

Zərərvericinin respublikanın bitki örtüyü üçün təhlükəliliyini nəzərə alaraq yük ixracatçı ölkəyə geri qaytarılıb.
Diaspora