BƏT Azərbaycanda üçtərəfli komissiya yaradılmasını təklif edib

BƏT Azərbaycanda üçtərəfli komissiya yaradılmasını təklif edib backend

Beynəlxalq Əmək Təşkilatı (BƏT) AzərbaycandaƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqlar Konfederasiyası arasında saziş imzalanaraq əmək və sosial müdafiə sistemi ilə bağlı daimi fəaliyyət göstərən üçtərəfli komissiya yaradılmasını təklif edib.

Təşkilatın Azərbaycan üzrə mili əlaqələndiricisi Yaşar Həmzəyev APA-ya açıqlamasında deyib ki, BƏT-in fəaliyyətində məşğulluğun və sosial müdafiə sisteminin inkişafı, BƏT-in norma və standartlarının hazırlanması və sosial dialoq olmaqla 4 əsas istiqamət var.
Y. Həmzəyev bildirib ki, sosial dialoq hökumət, işəgötürənlər və işçilər təşkilatları arasında üçtərəfli əməkdaşlıqdır: “İnkişaf etmiş Avropa ölkələrində hər hansı əmək və sosial müdafiə sistemində hər hansı qərar qəbul olunursa, bu məsələyə əvvəlcə sosial dialoq çərçivəsində baxılır, daim fəaliyyət göstərən üçtərəfli komissiya var. Azərbaycanda 2012-ci il yanvarın 27-də yalnız əməyin mühafizəsi ilə bağlı üçtərəfli komissiya yaradılmışdı. Mənim bildiyimə görə yaxın zamanlarda Azərbaycanda daim fəaliyyət göstərən, yalnız əmək mühafizəsini yox, bütün əmək və sosial müdafiə sistemini, yəni məşğulluq, sosial təminat və digər istiqamətləri əhatə edən üçtərəfli komissiya yaradılmalıdır”.
Y. Həmzəyev bu komissiyanın yaradılmasının böyük əhəmiyyəti olacağını vurğulayıb: “Sosial dialoq beynəlxalq standartdır və burada hökumətlə bərabər işəgötürənlər və işçilər iştirak edir. Dünyanın inkişaf etmiş ölkələrində əmək bazarında məsələlər bu formatda həll olunur”.
Diaspora