Xəzərə axıdılan kimyəvi maddənin sirri məlum oldu - Nazirlikdən açıqlama

Xəzərə axıdılan kimyəvi maddənin sirri məlum oldu -  Nazirlikdən açıqlama backend

Sosial şəbəkələrdə Xəzərin Şimal DRES sahəsində Mərdəkan və Buzovna istiqamətində suya zəhərli maddələrin axıdılması ilə bağlı video yayılıb. Ağ köpük şəklində suyun üzünə yayılan məhlulun insan orqanizmi üçün təhlükəli olduğu bildirilir. Son günlər sosial şəbəkələrdə paylaşılan həmin görüntü paytaxt sakinləri arasında təşvişə səbəb olub. Maddənin haradan, kim tərəfindən və necə axıdıldığı isə naməlumdur.

Qaziler.az-ın məlumatına görə, Virtualaz.org Xəzərə axıdılan maddənin həqiqətən zəhərli maddə olub-olmaması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb. Hazırda həmin ərazidə araşdırma aparan nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiriMirsalam Qəmbərovun sözlərinə görə,Xəzərin qeyd olunan hissəsində sudan nümunələr götürülüb və dənizə zəhərli maddələrin dağılması müşahidə olunmayıb:

"Biz saat 8-dən 7 nəfərlik qrupla Şüvəlandayıq. Götürdüyümüz nümunələrin cavabları saat 11-də bəlli oldu. Yalnız son ekotaktikoloji nümunəmizin cavabı hələ məlum deyil. O da 96 saatdan sonra bəlli olacaq. Ancaq digər nümumələrin nəticəsi məlum olduğuan görə, Xəzərə zəhərli maddələrin dağılması zərrə qədər də müşahidə olunmayıb. Son nümunə dəniz suyunda zəhərin olub-olmaması 96 saatdan sonra bəlli olmalıdır. Amma mən 90 faiz əminəm və o biri nümunələr bunu deməyə əsas verir ki, ekotaktikoloji baxımdan həmin nümunənin də göstəricisi normal olmalıdır. Əldə olunan inqridientlər üzrə biogen maddələr, çirklənmə, biofiziki göstəricilər hamısı normal dinamikanı göstərir”.

M.Qəmbərov bildirib ki, həmin ərazidə hər hansı vizual müşahidə, dağılma, kənar müdaxilə mümkün deyil. Sektor müdirinin sözlərinə görə, video görüntüdəki maddə ağ köpük vəziyyətində olub və metroloji şəraitdə hər hansı maddə axıbsa da, o, davamlı olmayıb.

"Əgər zəhərli maddə axsaydı, mütləq nümunələrin tərkibində özünü göstərərdi. Heç bir çirklənmə, kənar müdaxilə halları müşahidə olunmur. Xəzərin Şüvəlan istiqamətində, Şimal DRES-dən axıdılan su ilə dəniz suyunun görüşməsində fiziki proses baş verir. Temperatur dəyişmələri olur. Müəssisədə dəniz suyu götürülür, istifadə olunur və təzədən dənizə axıdılır. Ola bilər ki, əlverişsiz meteoroloji şəraitdə durğunluq dövründə iki suyun qovuşmasında fiziki hadisə baş versin və həmin köpük bu səbəbdən yaransın”, - deyə nazirlik rəsmisi bildirib.
Diaspora