Ötən gün "Maşın bazarı" adlanan ərazidə baş verən yanğın zamanı 5 nəfər tüstüdən zəhərlənib. Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya deyib ki, onlar təcili yardım briqadaları ilə xəstəxanaya gətirilib. Zərərçəkənlərin səhhətində ciddi problemlər olmayıb. Zəhərlənənlərə lazımi tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.
Qeyd edək ki, iyunun 30-da gecə Bakının Nizami rayonundakı “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın nəticəsində 930 kvadratmetr ərazi yanıb.“Maşın bazarı“ndakı yanğın zamanı 5 nəfər zəhərlənib - RƏSMİ

