“Qazprom” Azərbaycana qaz nəqlini artıra bilər.
“APA-Economics”in RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qazprom"un İdarə Heyətinin sədri Aleksey Miller bildirib.A. Millerin sözlərinə görə, qiymətdə razılığa gəlinsə, bu məsələ SOCAR-la müzakirə ediləcək. Onun sözlərinə görə, əlavə nəql olunacaq qazın həcmi 3-5 mlrd. kubmetr ola bilər.
“İndi tərəflər qaz nəqlinin 3-5 mlrd. kubmetr artırılmasında maraqlıdır”, - deyə A.Miller bildirib.
A. Miller əlavə edib ki, müqaviləyə əsasən, “Qazprom” ötən ilə Azərbaycana 2 mlrd. kubmetr qaz nəql etməyə başlayıb.