Bakıda ABŞ dollarının satış məzənnəsi 1,6 manatı keçib. Fins.az xəbər verir ki, dolların məzənnəsi öyrənilən 37 bankdan cəmi 5-də dollar 1,6 manatdan ucuz satılır.
Bəzi banklarda isə dolların satış qiyməti 1,6 manatdan da yüksəkdir. Bunlar “Amrahbank”, “Yapı Kredi Bank” və başqalarıdır.* * *10:20
Azərbaycan Mərkəzi Bankı 30 iyun tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan virtualaz.org-a verilən məlumata görə, bu gün ABŞ dollarının rəsmi məzənnəsi 1,5394 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi isə 1,7090 manatdır.