Azərbaycanlılar Türkiyə səfirliyinin qarşısına toplaşdılar – MOSKVADA

Azərbaycanlılar Türkiyə səfirliyinin qarşısına toplaşdılar – MOSKVADA backend

Türkiyənin Moskvadakı səfirliyi qarşısında İstanbulda baş verən terror qurbanlarının xatirəsi anılıb. Lent.az-ın məlumatına görə, Azərbaycan-Slavyan Gəncləri Assosiyasiyasının Rusiya nümayəndəliyinin təşkilatçılığı, Azərbaycan,Türk diaspor və Rusiya ictimaiyyət nümayəndələri İstanbulun Atatürk hava limanında baş vermiş terror aktında dünyasını dəyişən insanları yad etmək məqsədilə Türkiyənin Rusiyadakı səfirliyinin qarşısına toplaşıblar.

Səfirliyin önünə gül dəstələri qoyulub, dünyasını dəyişənlərin ruhuna dualar oxuyub, terror qurbanlarının xatirəsi yad edilib. İştirakçılar birlik nümayiş etdirərək terror aktını qətiyyətlə pisləyib, cinayətkarların ən sərt qanunlarla cəzalandırılmasını tələb ediblər. Çıxış edənlər Azərbaycanın və Rusiyanın da Türkiyə kimi terrordan əziyyət çəkən bir ölkə olduğunu vurğulayıb, bu çətin və ağrılı gündə bütün Azərbaycan və Rus gəncliyinin Türkiyənin yanında olduğunu bildiriblər.
Diaspora