Dünya birjalarında neftin qiyməti kəskin yüksəlib.
Qaziler.az Virtualaz.org-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 19:20-yə olan məlumata görə, dünya birjalarında Brent markalı neftin avqust fyuçersinin 1 barreli 50,60 dollara satılıb.Bu göstərici bu gün səhər birjalar açılarkən qeydə alınmış rəqəmdən 1,36 dollar, yaxud 2,76% çoxdur.