Maliyyə Bazarlarına Nəzarəti Palatası dollar satışını süni surətdə dayandıran və dollar qıtlığı yaradan banklara xəbərdarlıq edib. Fins.az-ın bank mənbələrindən əldə etdiyi məlumata görə, iyunun 25-də Maliyyə Bazarlarına Nəzarət Palatası bankların dollar satışını dayandırması ilə bağlı monitorinq keçirib. Nəticədə valyuta satışına süni şəkildə maneə yaradan banklar cəzalandırılıb. Bundan sonra bütün banklarda dollar satışı bərpa edilib. Bu gün banklarda dollar satışı bərpa olunub. Bank mütəxəssisləri hesab edirlər ki, dollar satışının dayandırılması Mərkəzi Bankın qərarının açıqlanmaması ilə bağlıdır.
“Britaniyada funtun dəyərdən düşməsi dolların möhkəmlənməsinə səbəb olub. Lakin bununla bağlı Mərkəzi Bank hələ də konkret açıqlama verməyib. Ona görə də banklar ehtiyatlı davranmağa məcbur olurlar”.
Bundan əlavə, banklarda devalvasiyanın sürətlənməsi ilə bağlı gözləntilər də var. Belə ki, ötən həftə Britaniya funt sterliqi 10% ucuzlaşıb.
Qarşıdakı günlərdə isə daha 5% ucuzlaşması gözlənilir. Bütün bu amillər banklarda dolların rəsmi məzənnədən artıq satımasına səbəb olub. Bu gün 1 dollar 1,59 manata dəyişdirilir.
Mütəxəssislər həftə ərzində Mərkəzi Bankın məzənnəni bir qədər də artıracağını pronozlaşdırırlar.