Dünya bazarında neft ucuzlaşır.
Qaziler.az "APA-Economics"ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,47 dollar azalaraq 47,64 dollar təşkil edib.ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 2,50 dollar azalaraq 48,41 dollar olub.
Qeyd edək ki, neft Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumun ("Brexit") ilkin nəticələri açıqlanandan sonra ucuzlaşmaqda davam edir.