Dünya fond bazarlarında qiymətlər belə dəyişdi

Dünya fond bazarlarında qiymətlər belə dəyişdi backend

"Qara qızıl"ın qiymətlərində fərqli yöndə dəyişmə müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Layt" markalı xam neftin qiyməti artıb.

Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 49.25 dollar olub. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin bir bareli 50 dollardan bir qədər aşağıda - 50.09 dollarda qərarlaşıb. "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0.27 dollar bahalaşaraq 50.66 dollar təşkil edib.

Bu günə olan qiymətli metalların qiymətləri fərqli yöndə dəyişib. ANS PRESS-in "Bloomberg"dən aldığı məlumata görə, qızılın bir qramının qiyməti 2 dollar qalxaraq 40.88 dollar olub. Platinin bir qramı 31.20 dollar, palladiumun qramı 17.89 dollara qədər enib. Gümüşün isə qiyməti dəyişməyib, qramı 56 sentə satılıb.
Diaspora