Dollar nə qədər bahalaşa bilər?

Dollar nə qədər bahalaşa bilər? backend

Bakı şəhərinin nağd valyuta bazarında ABŞ dollarının satış məzənnəsi iyunun 22-də səhər saatlarında 1,55 AZN/USD-yə yüksəlib.

Qaziler.az “Report”a istinadən xəbər verir ki, paytaxtdakı valyutadəyişmə məntəqələrində aparılan müşahidələr dolların alışının 1,5430 AZN/USD, satışının isə 1,55 AZN/USD olduğunu (optimal qiymətlər) göstərib.

Son günlər xarici valyutaya yaranan tələbat əhali tərəfindən birmənali qarşılanmayıb. Neftin qiymətinin son 7 ayın maksimal həddinə çatması hazırda manata olan tələbatın səbəblərini anlamaqda investorparda çətinlik yaradıb. ABŞ dollarının qlobal valyuta bazarında zəifləməsi, xüsusilə xammal hasilatçısı olan ölkələr arasında milli valyutaların dollara nəzərən möhkəmlənməsi fonunda AZN/USD məzənnəsi qlobal valyuta bazarlarına tam əks istiqamətdə hərəkət edib. Azərbaycanda dolların rəsmi məzənnəsi mayın 25-dəki 1,4900 AZN/USD səviyyəsindən 2,5% artaraq 1,5270 AZN/USD-yə çatıb.

Qeyd edək ki, Azərbaycanda dollara tələbatın cari valyuta siyasəti çərçivəsində davam edəcəyi proqnozlaşdırılır. Belə ki, dünən Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi valyuta hərracında 50 mln. dollar təklif, 400 mln. dollara yaxın isə tələb olub.

“Report”un analitik qrupu hesab edir ki, dolların məzənnəsinin 1,50 AZN/USD səviyyəsinə enməsi ehtimalları getdikcə azalır. Yaxın zamanlarda rəsmi məzənnənin 1,60-1,65 AZN/USD-yə kimi irəliləməsi, daha sonra isə 1,55-1,58 AZN/USD səviyyəsinə kimi geriləməsi proqnozlaşdırılır.

“Xatırladaq ki, neft qiymətlərinin yaxın zamanlarda azalma tendensiyası göstərməsi gözlənilir, bu da Rusiya və Qazaxıstan kimi qonşu və ticarət tərəfdaşlarımız olan ölkələrin milli valyutalarını zəiflədərək manata da neqativ təsir edəcək. Belə olduğu halda, manatın dollarla müqayisədə daha sürətlə zəifləməsinin şahidi ola bilərik. Bu ilin sonuna kimi isə dolların məzənnəsinin 1,85-2,05 AZN/USD səviyyəsinə yüksəlməsi mümkündür”, - deyə analitiklər qeyd edib.
Diaspora