Oktyabrın 9-13-də İstanbulda (Türkiyə) XXIII Ümumdünya Enerji Konqresi keçiriləcək.
“Report” xəbər verir ki, konqresdə çıxış edəcək qonaqlar arasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və Cənub Qaz Dəhlizi (SGC) şirkətinin prezidenti Əfqan İsayev də var. Həmçinin, dəvətlilər arasında Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, Türkiyənin enerji naziri Berat Albayrak, Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin icraçı direktoru Saltuk Düzyol da yer alıb.Konqres çərçivəsində sərginin də keçirilməsi planlaşdırılır. Tədbir çərçivəsində “Yeni sərhədlərə çıxış” (Embracing New Frontiers) mövzusunda sərgi-konfrans da keçiriləcək və burada 100 ölkədən 10 min qonağın iştirakı planlaşdırılır.
Qeyd edək ki, Konqresin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyəni baş naziri Binəli Yıldırım çıxış edəcək.