Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü ilə bağlı elan verib. FHN-dən ANS PRESS-ə verilən məlumata görə, Nazirliyin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Dəvəçi-Dəyirman” MMC, “Karat-Holdinq” MMC, “Karmen” MMC, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Aveta” MMC, “Neon” firması, “EL” kiçik müəssisəsi, “Pak-Nur” firması, “Xırman” firması, “Rəşad” firması və “Svinks” MMC müəssisələri vasitəsilə iyun ayının 21-dən sentyabr ayının 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 250 AZN olmaqla Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək. Taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər:
I. Dənin naturası (bir litirlik purkalarda qramla):buğda üçün: - 750 q/l-dən az olmamaqla
II. Alaq otları (zibil) qarışığı (faizlə)
buğda üçün: - 2 faizdən çox olmamaqla
III. Dən qarışığı (faizlə):
buğda üçün: - 5 faizdən çox olmamaqla
IV. Nəmlik (faizlə)- bütün
bitkilər üçün: -13,0 faizdən çox olmamaqla
V. Yapışqanlıq : 3-cü sinif - 23 faizdən az olmamaqla
buğda üçün: - 2-ci qrupdan aşağı olmamaqla
-yapışqanlığın keyfiyyəti: (göstərici: 65-75)
VI. Şüşəvarilik:
3-cü sinif buğda üçün: - 40% -dən az olmamaqla
VII. İyi və dad – bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad: - yol verilmir
VIII. Sürmə ilə sirayətlənmiş dənlər: - yol verilmir
IX. Anbar ziyanvericiləri ilə sirayətlənmə bütün bitkilər üçün: - yol verilmir
X. Digər əlamətlər – bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) - yol verilmir
Bildiririk ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcəkdir. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.
Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları
“Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, tel: 050-660-39-03,
“Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Səlyan şossesinin 51-ci kilometrliyi, tel: 050-218-30-06,
“Abşeron Taxıl” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi, tel: 012-342-90-04; 050-352-50-01,
“Dəvəçi-Dəyirman” MMC: Şabran şəhəri, Nizami küçəsi-1, tel: 050-314-39-21,
“Karat-Holdinq” MMC: Xırdalan şəhəri, Şamaxı şossesi-23, tel.: 050-222-38-36,
“Karmen” MMC: Abşeron rayonu, Yeni Şamaxı şossesi-23, tel.: 050-223-18-93,
“Gəncə-Dəyirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, tel.: 050-265-80-75,
“N.Quliyev adına Bakı-Taxıl” ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. Tel. 012-566-00-44; 050-214-72-81,
“Aveta” MMC: Kürdəmir şəhəri, Bakı prospekti 6, tel: 0-50-200-11-87,
“Neon” firması: Gəncə şəhəri, Ə.Əliyev küç. 3, tel: 0-50-220-30-27
“EL” kiçik müəssisəsi: Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 300, tel.: 012-346-08-08, 055-271-73-73,
“Pak-Nur” firması: Xaçmaz şəhəri, tel: 050-590-18-36,
“Xırman” firması: Biləcəri qəsəbəsi, tel: 077-270-97-20,
“Rəşad” firması: Bərdə şəhəri, tel: 050-215-99-00,
“Svinks” MMC: Xırdalan şəhəri, tel: 050-630-65-92.
Taxılın qəbulu üçün tələb edilən sənədlər:
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən dənin keyfiyyət göstəricilərinə görə verilmiş uyğunluq sertifikatının surəti;
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş daxili karantin sertifikatının surəti.
Bu sertifikatları əldə etmək üçün yuxarıdakı qurumlara müraciət etmək lazımdır.
Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar.