2016-cı ilin sonunadək Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin görüşü keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
«Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin sammitinin cari ilin sonunadək Bakıda keçirilməsi planlaşdırılır», - deyə mənbə bildirib.Onun sözlərinə görə, Bakı və Ankara regionun digər ölkələri, xüsusilə İran və Türkmənistanla da üçtərəfli formatda görüş keçirməyi nəzərdə tutur.
«Görüşlərin gündəliyi və dəqiq tarixi üç ölkənin dövlət başçılarının nümayəndələri arasında məsləhətləşmələr zamanı müəyyən ediləcək”, - deyə mənbə qeyd edib.