Dünya Bankı Azərbaycana 67 milyon dollar ayıracaq

Dünya Bankı Azərbaycana 67 milyon dollar ayıracaq backend

Dünya Bankı (DB) Azərbaycana əlavə 66,7 mln. dollar kredit ayıracaq. "APA-Economics" xəbər verir ki, kreditin ayrılması barədə rəsmi sənəd bu axşam təsdiqlənəcək.


Kredit əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması və gəlir imkanlarının gücləndirilməsinə yönəlib.

DB-nin Bakı ofisinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zaur Rzayevin sözlərin görə, sözügedən vəsait məcburi köçkünlər üçün bir sıra imkanlara yol açacaq: "Kredit çərçivəsində xüsusilə gənc məcburi köçkünlərə müəyyən sahələr üzrə təlimlər keçiriləcək. Daha sonra isə onlara öz işlərini qurmaq üçün ilkin mərhələ üçün lazım olacaq kapital ayrılacaq".
Diaspora