Sabiq müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə istintaq başa çatıb

Sabiq müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə istintaq başa çatıb backend

Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsində ifadə verib.

Bu barədə APA-ya məlumat verən R. Səfərovun vəkili Bəhruz Bayramov bildirib ki, idarədə istintaqın başa çatdığını, iyunun 20-də istintaqın başa çatması haqqında qərarın elan ediləcəyini deyiblər. Vəkil bildirib ki, işlə tanışlıq mərhələsi bitəndən sonra cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Məhkəmənin qərarına əsasən R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.
Diaspora