“Azəriqaz” İstehsalat Birliyi bəzi sosial şəbəkələrdə kütləvi ixtisarların aparılması barədə yayılan məlumatlara münasibət bildirib.
Qaziler.az bildirir ki, Birliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, “Azəriqaz”da kütləvi ixtisarların aparılması barədə yayılan məlumatlar həqiqətəuyğun deyil:"SOCAR-ın bütün müəssisələrində olduğu kimi, "Ernst&Young Holdings" (CIS) B.V. beynəlxalq audit şirkətinin “Azəriqaz” İB-də də aparılan audit yoxlaması başa çatıb. Bunda məqsəd Birliyin iş funksiyasının beynəlxalq standartlara uyğunlaşdırmaq, eyni zamanda xidmət səviyyəsinin yüksəldilməsidir".
"Audit yoxlamasının nəticəsinə görə, hər hansı bir şöbənin ləğv edilməsi və ya işçilərin ixtisar edilməsi nəzərdə tutulmayıb. Hər bir şöbə və işçi öz iş funksiyasını yerinə yetirir. Xidmət səviyyəsinin yoxlanılması və yüksəldilməsi məqsədilə gələcəkdə beynəlxalq audit şirkətlərinin xidmətindən yenə də istifadə olunacaq", - deyə açıqlamada qeyd olunub.