Federal Ehtiyatlar Sisteminin (FED) iki gün davam edən iclasın yekununda uçot dərəcəsinin dəyişməməsi ilə bağlı qərarı yekdilliklə qəbul edib.
“APA-Economics” xəbər verir ki, FED rəhbərliyi bu il bir dəfə uçot dərəcəsinin artırılmasına qərar verib.İclasın yekununa həsr olunan protokolda bildirilir ki, ABŞ-da işsizliyin səviyyəsi azalır, lakin azalma tempi zəifləyib.
Bundan başqa, FED 2016 və 2017-ci il üçün iqtisadi artım tempi ilə bağlı proqnozlarını azaldıb. Belə ki, bundan öncə bu il üzrə iqtisadi artım 2,2% səviyyəsində gözlənilirdisə, ABŞ Mərkəzi Bankı proqnozunu 2%-ə endirib. Bununla yanaşı, 2017-ci ildə iqtisadiyatın 2,1% böyüyəcəyi proqnozlaşdırılsa da, hazırda proqnoz 2% üzərində qurulub.