Misir Azərbaycanda dərman və tibbi ləvazimatlar zavodu açmağı planlaşdırır. Hurriyyet.org xəbər verir ki, bu barədə Misirin ölkəmizdəki səfiri xanım Suzanne Mohamed Gamil bildirib.
Onun sözlərinə görə, əsas məqsəd hepatit C virusundan əziyyət çəkənlər üçün dərman preparatların istehsalıdır: “Azərbaycanın Səhiyyə Nazirliyinin nümayəndələri Misirdə səfərdə olublar. Onlar Misirdə istehsal edilən dərmanların keyfiyyətləri ilə tanış olublar. Bu səfər Misirin ən böyük dərman istehsalçılarından biri olan “ADMA”-nın dəvəti əsasında baş tutub”.Səfir deyib ki, səfər çərçivəsində bir neçə tibbi ləvazimatın Azərbaycana gətirilməsinə dair razılıq əldə olunub: “14-16 iyun tarixlərində Misirdən Bakıya nümayəndə heyəti gələcək və dərman zavodunun tikilməsi istiqamətində danışıqlar aparacaq”.
Qeyd edək ki, bundan öncə İranın Sumqayıtda dərman zavodu açacağı barədə məlumat verilmişdi.