QAZİLER.AZ eurasiadiary.az-a istinadla bildirir ki, Rusiya hərbçiləri Suriyanın Lazikiyə vilayətinin eyni adlı şəhərində yaşayan xristian icması üçün 5 ton humanitar yardım gətirib. Bu barədə məlumatı Rusiyanın münaqişə edən tərəfləri barışdırma mərkəzinin nümayəndəsi Aleksandr Vladimirov verib.
Mərkəzin məlumatına əsasən, qida vasitələrindən ibarət olan humanitar yardım paketləri təxminən 500 yerli sakinə paylanıb. Aleksandr Vladimirov əlavə edib ki, humanitar yardımı təkcə xristianlar deyil, 100-ə yaxın müsəlman vətəndaşda əldə edib.