Son 3 gündə Rusiyaya 39 vaqon, 113 maşın pomidor göndərilib - RƏSMİ

Son 3 gündə Rusiyaya 39 vaqon, 113 maşın pomidor göndərilib - RƏSMİ backend

Fermerlərin və sahibkarların problemlərini aradan qaldırmaq məqsədilə Dövlət Gömrük Komitəsi rəhbərliyinin Rusiya Federasiyasının Federal Gömrük Xidməti ilə apardığı müzakirələrdən sonra artıq problem öz həllini tapıb.

Lent.az-ın komitənin saytına istinadən məlumatına görə, son üç gündə - 11, 12 və 13 iyun tarixlərində Azərbaycanda istehsal edilən müxtəlif kənd təsərrüfatı məhsulları, əsasən də pomidor yüklü 39 vaqon, 113 yük maşını maneəsiz şəkildə Rusiya Federasiyasına yola salınıb.

Tərəflər arasında razılıq əldə edildikdən sonra Azərbaycan mənşəli kənd təsərrüfatı məhsullarının geri qaytarılması və ya sərhəddə yubadılması halları müşahidə olunmur.
Diaspora