İyunun 13-də BMT-nin baş katibi Pan Gi Mun Avropa İnkişaf Günlərində iştirak etmək üçün Brüsselə yola düşəcək, iyunun 16-da isə Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forumda iştirak edəcək.
Bu barədə QAZİLER.AZ eurasiadiary.az-a istinadla xəbər verir. BMT-nin mətbuat xidməti xəbər verir ki, Sankt-Peterburqda Pan Gi Munun Rusiya prezidenti Vladimir Putin və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.Rusiyadan Pan Gi Mun Yunanıstana yollanacaq, qaçqınlarla həmrəyliyini nümayiş etdirmək üçün Lesbos adasına gedəcək.