Sumqayıt-Bakı elektrik qatarının 2 pəncərəsinin şüşələrini daşla sındırmış 2 azyaşlı saxlanılıb.
QAZİLER.AZ Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçlirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 8-də Sumqayıt-Bakı elektrik qatarının 2 pəncərəsinin şüşələrini daşla sındırmış Biləcəri qəsəbə sakinləri olan 2 azyaşlı saxlanılıb. Onlar izahatları alındıqdan sonra özlərinə və valideynlərinə xəbərdarlıq edilərək buraxılıblar.Sumqayıt-Bakı qatarına yenə daş atdılar

