Rusiya aeroportunda azərbaycanlılara məxsus yüklər saxlanıldı

Rusiya aeroportunda azərbaycanlılara məxsus yüklər saxlanıldı backend

Rusiya aeroportunda azərbaycanlılardan əl baqajı götürülüb.

Qaziler.az Anspress-ə istinadən xəbər verir ki, hadisə "Tolmaçevo" aeroportunda qeydə alınıb.

"Rosselxoznadzor"un (baytarlıq və fitosanitar nəzarət federal xidməti) Novosibirsk üzrə şöbəsinin verdiyi məlumata görə, ilin əvvəlindən nazirliyin müfəttişləri cəmi 275 kq yeyinti məhsullarının Rusiya Federasiyasının baytarlıq qanunvericiliyinin tələblərinə cavab vermədiyi üçün saxlayıb.

İdarənin məlumatına görə, daha çox ərzaq qonşu ölkələrin vətəndaşlarından götürülüb. Bunlar Azərbaycan, Özbəkistan və Tacikistan vətəndaşlarıdır. Onlar əl baqajında Novosibirskə sənədi olmayan ət, bal və süd məhsulları aparmaq istəyiblər.

Ümumiyyətlə, Rusiya fitosanitar sertifikatı olmayan məhsulların ölkəyə idxalına icazə vermir. Həmin qaydaya əməl edilmədikdə gətirilən mallar yandırılır, onu gətirən sərnişinlər isə hətta bəzi hallarda məsuliyyətə belə cəlb olunurlar.

Analoji hal ötən ilin noyabrında da baş verib. Rusiyaya gedən azərbaycanlıların baqajı yandırılıb. Bakıdan Tümenə gedən sərnişinlərin əl baqajına od vurulub. Baqajda təzə meyvə və düyü olub.

"Rosselxoznadzor"un verdiyi məlumata görə, bu məhsullar Bakıdan Tümenə uçan iki Azərbaycan vətəndaşına məxsus olub.

Yüklərə baxış zamanı ümumilikdə 11 kiloqram təzə meyvə, 22 kiloqram düyü aşkar edilərək götürülüb. Buna səbəb kimi həmin məhsulların fitosanitar sənədlərinin olmaması göstərilib.

Diaspora