Çin malları Azərbaycandan keçməklə Baltikyanı ölkələrə çatdırılacaq

Çin malları Azərbaycandan keçməklə Baltikyanı ölkələrə çatdırılacaq backend

Bu il iyulun sonu, avqustun əvvəlində Azərbaycandan keçməklə Çindən Gürcüstanın Poti limanına iki yük qatarı göndəriləcək. Həmin qatarlar "Vikinq" layihəsinin reallaşdırılmasının hissəsi olacaq.


Bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, iyulun sonu, avqustun əvvəlində iki qatar Çindən Qazaxıstanın Dostık stansiyasına göndəriləcək: "Buradan Transxəzər marşrutu üzrə, yəni dəniz və Azərbaycan ərazisi vasitəsilə qatarlar Gürcüstanın Poti limanına gedəcək. Burada yüklər təyinatı üzrə bölüşdürüləcək. Onların bir hissəsi "Vikinq" marşrutu çərçivəsində Baltikyanı ölkələrə göndəriləcək".
Diaspora